SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçirilib.

BAKU.WS xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri yoxlanılıb.

Hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib.

Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə bağlı 67 şikayət təqdim edilib, həmin şikayətlər aidiyyəti üzrə MSK-ya göndərilib və seçkilərin nəticələrinə təsir göstərməyib.

Çıxışlardan sonra hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin yekun qərarı elan olunub.

BAKU.WS