Şou-biznes məşhurları yayı harada keçirəcəklər? - SORĞU

09
июл
2010
12:34
Yayın isti günləri insanlara dincəlmək və istirahət fürsəti verib. Kimi cibinə, kimi də iş qrafikinə uyğun özünü hardasa, gözəl yerlərdən birində görmək arzusundadır. Lent.az ilin yay və qış fəslində istirahət imkanı tapan məşhurların yayı harda və necə keçirdiyini araşdırıb. Sənətçilərin bir qismi sualları cavablandırıb. Xalq artisti Nazpəri Dostəliyeva bağ evində ailə üzvləri ilə birlikdə istirahət edir. Müğənni istirahət vaxtlarında yaxın aylarda işıq üzü görəcək albomunun hazırlıqları ilə də məşğuldur. Xalq artisti Zülfiyyə Xanbabayeva uzun müddətdir ki, ailəsi ilə birlikdə bağ evində dincəlir. Müğənni yaxın günlərdə xarici ölkələrdən birində istirahəti planlaşdırır. Müğənni Röya Ayxan rayonlarda verəcəyi üç aylıq konsert turnesi müddətində həyat yoldaşı və körpə oğlu ilə birlikdə həm dincələcək, həm də gərgin iş qrafikini davam etdirəcək. Röya Ayxan ilə birlikdə rayonları gəzib konsert verməyə hazırlaşan müğənni Zamiq Hüseynov da yay istirahətini rayonlarda keçirməli olacaq. Müğənni Elnarə yeni albomunun hazırlıqları içində olduğu üçün hələlik istirahətə vaxt tapa bilməyib. Müğənni gələn ay ailəsi ilə istirahət etmək arzusundadır. Xalq artisti İlhamə Quliyeva yayı Zuğulbada sevimli bağında keçirir. Müğənni yaz aylarından yayı yaxşıca dincələcəyini, payız aylarında isə konsert verəcəyini açıqlamışdı. Quliyeva konsert öncəsi yaxşıca dincəlmək əzmindədir. Müğənni Lalə Məmmədova nın bu yay üçün xüsusi planı yoxdur. Müğənni bildirib ki, hər hansı bir işi görəndə əvvəldən düşünmür: “Vaxt nəyi göstərəcək, o vaxt biləcəm. Hələlik işlərmilə məşğulam”. Xalq artisti Aygün Kazımova da yayı dincəlmək fikrində deyil, müğənni albom hazırlıqları ilə məşğuldur. Sənətçinin yay aylarını studiyalarda keçirdiyi deyilir. Əməkdar artist Səməd Səmədov özü və prodüseri Rövşənin ailəsi ilə birlikdə Azərbaycanın səfalı guşələrində istirahət edəcək: “Bu yay Rövşən bizi ailəmizlə birlikdə öz rayonlarına aparacaq. Sonra da bir-bir səfalı rayonlarımızı gəzəcəyik”.Müğənni Əli Mirəliyev də yayı öz ailəsi ilə birlikdə bağda keçirəcək. Gənc sənətçi Kərim də toy qabağı istirahət etmək arzusunda deyil. Müğənni yəqin ki, evləndikdən sonra həyat yoldaşı ilə birlikdə istirahət edəcək. Ailəcanlı Nadir Qafarzadə kasıb günlərinin acısını bu il də çıxaracaq. Müğənni ailəsi ilə birlikdə Qara dənizin sahillərində istirahət edəcək. Müğənni Ayan ənənəsinə sadiq qalaraq xarici ölkələrdə istirahət edəcək. Şou-biznesin “təhna qızı” işi ilə bağlı bu yay dincələ bilməyəcək, lakin gələn ay İsraildə 10-15 gün istirahət etmək fürsətini əldən verməyəcək. Model və aparıcı Tunay bu yayın məşğul xanımlarındandır. Müğənni çəkilişlərdən və şəxsi işlərindən vaxt tapa bilsə, bir müddət Türkiyədə dincələcək. “Çal-çağır”ın məşhur aparıcısı Dilarə Əliyeva avqust ayında ailəsi ilə birlikdə Azərbaycandan uzaqlaşacaq. Aktrisa həyat yoldaşı və övladları ilə birlikdə xarici ölkələrdən birində istirahət edəcək. NəzrinLent.az |
Похожие новости
Роберт Де Ниро получит почётную «Золотую пальмовую ветвь» в Каннах — спустя полвека после «Таксиста»
КАННЫ, Франция - 10 мая 2025 года - Голливудская легенда Роберт Де Ниро будет удостоен почётной Золотой пальмовой ветви на 77-м Каннском кинофестивале. Это приз...
