Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!

Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!
Promo 284

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirdiyi layihələri ilə elmə, təhsilə xüsusi diqqət ayıraraq cəmiyyətin inkişafına töhfə verən Bank of Baku “Milli KSM Mükafatı”na layiq görüldü.

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və “Proaktiv” şirkətinin birgə təşkil etdiyi “Milli KSM Mükafatı 2019” müsabiqəsində “Onlar Sevinsin” layihəsi ilə iştirak edən Bank of Baku qaliblər sırasında öz yerini aldı.

“Onlar Sevinsin” layihəsi “Milli KSM Mükafatı 2019”un komissiyası tərəfindən BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədlərindən dördüncüsü Keyfiyyətli təhsil - “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” istiqaməti üzrə qalib seçildi. Müsabiqə qalibləri İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “ASAN xidmət”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təyin olunub.

Qeyd edək ki, təhsilə dəstək məqsədilə keçirilən və artıq silsilə xarakteri daşıyan “Onlar Sevinsin” ilə Bank of Baku yüzlərlə məktəblinin sevincinə səbəb olub. Layihənin ilk ilində Bank of Baku-nun əməkdaşları Azərbaycanın 3 ucqar dağ kəndinə - Lerikin Andurma, Qubanın Qalaxudat və Şəkinin Təpəcənnət kəndlərinə, ikinci ilində Azərbaycanın işıq adası, nur şəhəri sayılan Şirvan şəhərinə, 2019-cu ildə isə Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndlərinə səfər edərək ümumilikdə 300 nəfərə yaxın məktəblini sevindiriblər. Növbəti illərdə də keçirilməsi planlaşdırılan layihənin əsas məqsədi yeni dərs ilinə hazırlaşan məktəbliləri – ucqar kənd məktəblərində oxuyan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin etmək və onların təhsilinə dəstək olmaqdır.

Onlar Sevinsin layihəsinin görüntüləri ilə aşağıdan tanış ola bilərsiniz:

 #OnlarSevinsin 2019 -

" target="_blank" rel="noopener external noreferrer">http://y2u.be/PBF8QqvKILA  #OnlarSevinsin 2018 -
" target="_blank" rel="noopener external noreferrer">http://y2u.be/LySjfG_bOuw #OnlarSevinsin 2017 -
" target="_blank" rel="noopener external noreferrer">http://y2u.be/GNzKEej2Kk8

Daha ətraflı:

145 Məlumat Mərkəziwww.bankofbaku.com www.facebook.com/bankofbaku

Son xəbərlər

Bu yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur 23:30 Bugün

Bu yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur

5
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə bağlı qərar qəbul olunub 23:17 Bugün

COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə bağlı qərar qəbul olunub

7
Daşkəsəndə bir neçə nəfər dəm qazından zəhərlənib 23:05 Bugün

Daşkəsəndə bir neçə nəfər dəm qazından zəhərlənib

19
Braziliyalı nazir: COP29-da adaptasiya gündəlikləri ilə bağlı irəliləyiş həssas ölkələr üçün mühümdür 22:50 Bugün
Foto

Braziliyalı nazir: COP29-da adaptasiya gündəlikləri ilə bağlı irəliləyiş həssas ölkələr üçün mühümdür

3
COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib 22:36 Bugün

COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib

35
Mask öz dünya rekordunu qırdı 22:22 Bugün

Mask öz dünya rekordunu qırdı

87