“Azərlotereya” ASC jurnalistlər üçün media-tur təşkil etdi – FOTO

Daim yenilənən oyunları ilə lotereya həvəskarlarını sevindirən “Azərlotereya”ASC bir qrup media nümayəndəsi üçün media-tur təşkil edib.
BAKU.WS xəbər verir ki, tur zamanı jurnalistlər əvvəlcə “Misli” məntəqəsində göstərilən xidmətlərlə yaxından tanış olublar.
Burada virtual idman, tirajlı və ani lotereyalar, mərc oyunları və oyun qaydaları ilə məlumatlandırılıblar.
Daha sonra isə “Xəzər” TV-yə gedərək “Azərlotereya” ASC-nin hər gün saat 20:30-da canlı yayımlanan tirajlı lotereya oyunlarının şahidi olublar.
Media nümayəndələri verilişin studiyasında tirajlı lotereya oyunlarının necə təşkil olunmasını izləyərək ümumi hazırlıq mərhələsi ilə yaxından tanış olublar.
Verilişin əməkdaşları jurnalistlərin suallarını cavablandıraraq lotereya oyunlarının şəffaf keçirilməsi prosesini incə detalları ilə izah ediblər.
Qalereya
Oxşar xəbərlər
Daha çox Badamlı, daha çox şans - FOTO
“Badamlı 75 il”. Stimullaşdırıcı tirajlı lotereya kampaniyası. 1-ci mərhələ, 1-ci tiraj “Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil et...
