Məlum olduğu kimi sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilmişdir. Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir.

Bu gün Azərbaycan Ordusu ürəyi Vətən məhəbbəti ilə döyünən hər kəsə qürur və iftixar hissi bəxş etməkdədir. Ordumuzun yanında olmaq hər birimizin müqəddəs borcudur.

Hər an bizi Böyük Qələbəyə yaxınlaşdıran şanlı Ordumuza dəstək vermək məqsədilə “AVTOŞ dönər” şəbəkəsi Silahlı Qüvvələrə Dəstək Fonduna 15 min manat ianə edib.

Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


 

BAKU.WS