SİZİN REKLAM BURADA!
055 213 76 73


16 iyun tarixində Bakı Biznes Mərkəzində məhşur kikboksçu Mauqli ləqəbli Zabit Səmədovla Avstriya ticarət markası Berg arasında müqavilə imzalandı.

Bununla da Zabit Səmədov Berg ticarət markasının səfiri oldu. O, Berg şirkətinin yeni içki markası olan “Berg Glucose”-nın ölkəmizdə və dünyada siması və rəsmi təmsilçisi olacaq.

“Berg Glucose” Azərbaycan bazarında sağlam həyat tərzini təbliğ edən ilk məhsuldur. Bu məhsulun tərkibində vitaminlər kompleksi, qlükoza, dəmir və təbii limon suyu var. Tədbirdə çıxış edən məhşur kikboksçu məhsulun siması olmağının səbəbini də açıqladı.

Zabit Səmədov: “Qələbəyə aparan sirr sağlamlıq üçün düzgün seçim etmək, səy göstərmək və gücdür. Mən sağlam həyat tərzini seçmişəm. “Berg Glucose” da sağlam həyat tərzi üçün mükəmməl içkidir. Bütün bu oxşarlıqlar məni və “Berg Glucose”-nı birləşdirir”, - dedi.

Sualları cavablandıran Zabit Səmədov həmçinin qeyd etdi ki, “Berg Glucose” ilə bizi qarşıda çox maraqlı aktivliklər və layihələr gözləyir.

O, tərkibində immun sistemini gücləndirən vitamin kompleksi, dəmir və qlükoza olan “Berg Glucose”-nı və həyatımızın istənilən anında möhkəm olmağı tövsiyə etdi. Qeyd edək ki, “Berg Glucose”-nın sloqanı “möhkəm ol”-dur.

BAKU.WS
QALEREYA