SİZİN REKLAM BURADA!
055 213 76 73


Sizləri Azərbaycan məhsulu olan və fərqli texnologiya ilə fındıq qabıqlarından istehsal olunmuş 100 faiz təbii və orqanik “Manqal kömürü №1” məhsulu ilə tanış etmək istərdik. “VİEXPORT MMC” şirkəti Azərbaycanda ilk dəfə olaraq fındıq qabığından kömür istehsalını həyata keçirib. İdeya 2011-ci ildə yaransa da, 2016-cı ildə qurulan müəssisə 2017-ci ildən bazarda məhsullarını satmağa başlayıb.

Fındıq qabığı taxta mənşəlidir, ağac və meşə qırılmadan istehsal olunur. Azərbaycanın nüfuzlu və iri supermarket şəbəkələrinin əksəriyyəti “Manqal kömürü №1” məhsulunun satışını həyata keçirir. Bundan əlavə “Manqal kömürü №1”ləri İnstaqram üzərindən də sifariş etmək mümkündür.

“Manqal kömürü №1”ləri manqal, qril, izqara, barbekü və samovarı alışdırarkən istifadə etmək mümkündür. Həmçinin kömür məhsulundan evlərin qızdırılmasında da faydalanmaq olar. Heç bir kimyəvi qatqı olmadan istehsal olunan bu kömürlər vasitəsilə 6-7 saat istiliyi təmin etmək mümkündür.

Şirkətin istehsal etdiyi kömürlərin uyğunluq və məişət sertifikatları var. Vaxtilə məhsullar hətta Azərbaycan sərhədlərindən kənara da ixrac edilib.

“VİEXPORT MMC” şirkəti Zaqatala rayonunda fəaliyyət göstərir.

Fındıq qabığından hazırlanmış kömürün üstünlükləri:

  • Məhsul hazırlanarkən heç bir ağac və meşə qırılmır.
  • Çox rahatdır.
  • Müddətsizdir.
  • Yanma müddəti 6-7 saatdır.
  • İstilik vermə qabiliyyəti 600 dərəcə (8500 kalori).
  • Qiyməti: 1 kq – 2 AZN.
  • İtkisizdir.
  • Sertifikatlaşdırılıb.
  • Tüstüsüz və qoxusuzdur.

“Manqal kömürü №1”ləri həm sadə vətəndaşlar, həm də ölkənin nüfuzlu restoran şəbəkələri kütləvi şəkildə əldə edirlər. Kömür məhsullarından istifadə edib bəhrəsini görə bilərsiniz.

“Təbiəti qoruyaq, ağacları qırmayaq”.

BAKU.WS