22 fevral saat 11:00-da Kontakt Home-un ən yeni “Masallı” mağazasının rəsmi açılış tədbirinə ailənizlə birgə gəlin.

Çünki Kontakt Home-da hər açılış kiçikdən böyüyə hamının zövq alacağı bayram kimidir. Musiqi, uşaqlar üçün şar şousu, əyləncəli oyun və fotozonalar, hədiyyəli müsabiqələr, maraqlı texnoloji yeniliklər açılış tədbirini bayrama çevirəcək.

Açılışa özəl 50%-dək endirim və 24 ayadək hissə-hissə ödəniş kampaniyaları isə bu bayrama qatılmağınız üçün ekstra səbəb yaradacaq.

HƏR KƏS AXTARDIĞINI BU MAĞAZADA TAPA BİLƏR

2080 m2 sahəyə malik, 3 mərtəbəli “Masallı” mağazasının birinci mərtəbəsində dünya brendlərinə aid rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının geniş çeşidi müştərilərə təqdim olunub. İkinci və üçüncü mərtəbəsi isə bütünlükdə mebel şöbəsi üçün ayrılıb.

Burada istənilən zövqə, məkana və büdcəyə uyğun mebellərin böyük çeşidi müştərilərin ixtiyarındadır.

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, SUPER HİSSƏ-HİSSƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ

Məhz “Masallı” mağazasının müştərilərini açılışa özəl xüsusi təkliflər gözləyir. Nağd alışda 50%-dək endirimlərdən, yaxud ilkin ödənişsiz, 24 ayadək FAİZSİZ hissə-hissə ödəniş şərtlərindən yararlanmaq üçün “Masallı” mağazasına gəlin.

Belə ki, açılış münasibətilə:

  • Bütün telefonları ilkin ödənişsiz və faizsiz 12 aylıq;
  • Bütün televizorlar və məişət texnikasını ilkin ödənişsiz və faizsiz 18 aylıq;
  • Bütün mebelləri isə ilkin ödənişsiz və faizsiz 24 aylıq hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

Başqa sözlə:

  • 1600 VT gücündə Gorenje tozsoranı ayda cəmi 7.80 manat;
  • 32” diaqonallı (81 sm) Smart Televizoru ayda cəmi 25 manat;
  • 6 kq-lıq, 23 proqramlı Hoffmann paltaryuyanı ayda cəmi 25.6 manat;
  • Geniş rəng seçimi ilə təklif olunan açılıb-bağlanan Adona-Soft divanı ayda cəmi 16 manat;

Qeyd edək ki, Kontakt Home mağazalarında satılan bütün məhsullar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

Kontakt Home-un “Masallı” mağazası Masallı rayonu, Heydər Əliyev prospekti ünvanında, Dövlət Sosial Müdafiə Fondunun yanında yerləşir.

Həftəsonu əyləncəsinə Kontakt Home-la başlayın, 22 fevral saat 11:00-da “Masallı” mağazasına gəlin, əyləncəyə qoşulun, cəlbedici endirim və kampaniyalardan yararlanın. Belə kampaniya yalnız Kontakt Home-da ola bilər!

Sizə ən yaxın Kontakt home mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.

BAKU.WS