SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycana ilk dəfə pəhrizsiz, idmansız arıqlamanı gətirən Deniz Egece Neuroscience Academy MMC-nin əsas fəaliyyəti insanın şüurundakı dağıdıcı və yanlış məlumatların bədəndə yaratdığı psixosomatik xəstəliklər və bədən quruluşunun pozulmasının səbəblərini dəyişdirməkdir. Ölkəmizdə bu metodla tanışlıq 5 il öncə Şirkətin fəaliyyətə başlaması ilə olmuşdur. Bu metodda digər bütün arıqlama metodlarında fərqli olaraq pəhriz, çay, idman, əməliyyat və dərmanların heç biri olmadan köklüyə səbəb olan inanclar neytrallaşdırılır.

Mərkəzin xidmətlərindən yararlanmış minlərlə insan həm qalıcı arıqlamanın mövcudluğunu sübut edir, həm də metodun tədbiqi nəticəsində həyatın bütün aspektlərində müsbət dəyişimlərlə qarşılaşdıqlarını vurğulayırlar. Öz uğur hekayələri ilə artıq çəkidən azad olmaq, eləcə də psixosomatik xəstəliklərdən qurtulmaq istəyən digər insanlara da ümid olan metodun bir neçə istifadəçisi ilə yaxından tanış olaq:

“Salam. Mən Leyla Əsgərzadə Deniz Egece metodu ilə 2019-cu ildə tanış olmuşam. İstifadəyə başladığım ilk 3 ayda 13 kq çəki itirdim. Bununla yanaşı həyatı stressiz yaşamağı, özümə dəyər verməyi və ən önəmlisi gözəl valideyn olmağı öyrəndim. Hal-hazırda 25 kg artıq çəkidən azad olmuşam”.

“Mən, Hicran Qəhrəmanov Bakı şəhərində yaşayıram. Çəki problemlərim əsgərlikdən gəldikdən sonra başladı, davamında isə asma xəstəliyinə yaxalandım. İlk başlayarkən metoda inanmasam da, zaman keçdikcə bədənimdə baş verən dəyişikliklərin fərqinə vardım. Artıq 49 kilo artıq çəkidən azad olmağı bacarmışam. Metodun köməyi ilə möcüzəvi şəkildə asma xəstəliyindən qurtuldum. İndi özümü həm ruhən, həm də bədən olaraq azad hiss edirəm”.

“Mənim adım İlahə Seyidovadır. Bu metoda başlamamışdan əvvəl müxtəlif pəhriz planlarından, dərman vasitələrindən, arıqlama çaylarından istifadə etmişdim. Heç bir ümidim olmasa belə, 21-ci yaş günümə hədiyyə kimi metoda başladım. Elə ilk günlərdən metodun mənə müsbət təsirlərinin fərqinə vardım. 6 aya 43 kq çəki itirdim. Özümə olan güvənim, sevgim yenidən formalaşdı. Artıq əvvəlki ilə müqayisədə daha aktiv həyat tərzi yaşayıram”.

“Mən, Vaqif Zeynalov 34 yaşındayam. Bu metodla tanış olarkən nəticə əldə edəcəyimi düşünmürdüm. Tətbiqə başladığım andan etibarən çəki itirməyə başladım, yaşam tərzim belə dəyişdi. 5 ay kimi qısa müddətdə qidalara qarşı qadağa qoymadan 39 kilo artıq çəkidən azad oldum. Bu metod mənim zehnimdə formalaşmış yanlış inanclarımı dəyişdirdi”.

“Salam. Mənim adım Ülviyyə Axundovadır. Bu metodla 30 kilo artıq çəkidən qurtuldum, sağlam və ideal bədənə sahib oldum. Metod sayəsində bədənimi sevdim, özümə dəyər verdim, doğruluğundan əmin olduğum yanlış inanclardan azad oldum. Artıq hadisələrə və həyata pozitiv duyğularla baxıram”.

Yəni qısaca bu metod bədən ilə beyni barışdırır, yalnış inanc və vərdişləri dəyişdirir, özünə inamı artırır, keçmişi bağışlamağa kömək edərək qəzəb, qorxu və bəhanələri neytrallaşdırır, qida, hərəkət və ideal bədənlə bağlı inancların dəyişməsinə səbəb olur.

BAKU.WS