SİZİN REKLAM BURADA!
055 213 76 73


Öz xeyriyyəçi vizyonu ilə fərqlənən “Fortis Academy” 2019-cu ilin sentyabrından etibarən Azərbaycanda analoqu olmayan bir təhsil xidməti göstərir: şəhid, qazi ailələri və sosial həssas qrupa aid olan ailələrin övladlarına tam ödənişsiz ali məktəb hazırlığı.

“Fortis Academy” 3-cü ildir fəaliyyət göstərməsinə baxmayaraq əldə etdiyi yüksək nəticələr sayəsində onun fəaliyyəti ilə tanış olan hər kəsin təqdirini qazanmışdır.

Belə ki, “Fortis Academy” hələ ilk ilində 70%, 2020-2021-ci tədris ilində isə 100%-lik nəticə göstərərək böyük uğura imza atmışdır.

Burada şagirdlər tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar. Hal-hazırda 20-dən çox müəllimin dəstəyilə 170 şagird “Fortis Academy”də onlar üçün yaradılmış əlverişli şəraitdən yararlanır. Növbəti ildə isə, 225 şagirdə bu cür şəraitin yaradılması nəzərdə tutulub.

“Fortis Academy” övladlarının ali məktəblərdə təhsil almasını istəyən, lakin onların hazırlığını təmin etmək üçün maddi imkanı olmayan ailələrin hər zaman yanındadır. Əgər övladınızın potensialını görür və abituriyent hazırlığında ona kömək göstərilməsini arzulayırsınızsa, qeydiyyatdan keçin.

http://fortisgroup.az/fortisacademyregister

“Fortis Academy”nin əməkdaşları tez bir zamanda sizinlə əlaqə saxlayacaq və qəbul imtahanları haqqında sizə dolğun məlumat verəcəklər.

BAKU.WS