SİZİN REKLAM BURADA!
055 213 76 73


“R-Pharm” Şirkətlər Qrupu süd vəzisi, uşaqlıq boynu, ağciyər, yumurtalıq xərçənginin, kolorektal xərçəngin və digər xərçəng şişlərinin təkrarlanan və metastatik formaları da daxil olmaqla, müxtəlif xərçəng növlərinin müalicəsi üçün nəzərdə tutulan şişəleyhinə “Versavo” preparatını (bevasizumab) Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçirdiyini elan edib.

“Versavo” preparatı, damar endotelinin böyüməsində bioloji aktiv rol oynayan faktorla selektiv şəkildə birləşən və onu zərərsizləşdirən rekombinant humanistləşdirilmiş monoklonal anticisimdir. Preparat, damar endotelindəki böyümə faktorunun endotel hüceyrələrinin səthindəki 1-ci və 2-ci tip reseptorlara (Flt-1, KDR) birləşməsinə mane olaraq, vaskulyarizasiyanın azalmasına və şişin böyüməsinin qarşısının alınmasına səbəb olur.

“Versavo” preparatının Azərbaycan bazarına çıxarılması yaxın xarici ölkələrdəki pasiyentlər üçün şişəleyhinə səmərəli müalicənin əlçatanlığının artırılmasında mühüm addımdır. Azərbaycan Respublikası "R-Pharm" Şirkətlər Qrupunun fəaliyyətinin ən mühüm strateji istiqamətlərindən və əsas tərəfdaşlarından biri olaraq qalır. Biz respublika ərazisində sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsini davam etdirəcəyik”, - deyə “R-Pharm”ın Vaksinlərin ixracı və təşviqi üzrə direktoru Elvira Muxametşina bildirib. 

Xatırladaq ki, 9 dekabr 2019-cu ildə Pirallahı Sənaye Parkında Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” Şirkətlər Qrupunun yeni istehsal kompleksinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Bakıdakı “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən biridir. Yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş dərman zavodun sahəsi 4,6 hektardır.

"R-Pharm" zavodu Azərbaycan bazarı üçün onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus və sairə kimi ictimai cəhətdən əhəmiyyətli xəstəliklərin terapiyasına yönəldilmiş dərmanlar istehsal edəcək. Həmçinin hepatit C, şəkərli diabet, vərəm və onun kəskin ağır, formalarından əziyyət çəkən pasiyentlər qabaqcıl terapiyadan yararlanmaq imkanı əldə edəcəklər.

BAKU.WS