SİZİN REKLAM BURADA!
055 213 76 73


Qlobal texnoloji brend olan HONOR Marriot Hotelində yeni smartfonunun təqdimatını keçirib. Azərbaycan smartfonun satışa çıxarıldığı ilk ölkələrdən biridir. 

Heyrətamiz yeni video imkanları, təkmilləşdirilmiş foto rejimləri və ən son foto sensoru Sony IMX800 ilə təchiz edilən HONOR 70 dünyada vlogging üçün smart çəkiliş rejiminə sahib ilk smartfondur.

Smartfon heyrətamiz üçlü kamera xüsusiyyətlərinə, yüksək performansa, əyri ekrana sahib parlaq, simmetrik korpus isə premium və zövqlü görünüşə malikdir.

HONOR-un Azərbaycandakı direktoru Şon Mao HONOR-un əsaslı şirkət olduğunun və məhsullarının mükəmməlliyini gerçəkləşdirmək üçün dayanmadan çalışdıqlarını bildirib. Direktor onu da qeyd edib ki, istifadəçi ehtiyacları və texnoloji yeniliklər arasında mükəmməl tarazlıq axtarır və buna həmişə nail olurlar. O həmçinin şirkətin Azərbaycan bazarında HONOR cihazları xəttini genişləndirmək üzrə iddialı planlarını bölüşüb.

Təqdimat zamanı qonaqlara cihaz haqqında məlumat verilib. Onlar üçün ən yaddaqalan HONOR 70-in zərif zərgərlik sənətindən ilhamlanaraq ortaya çıxarılan asimmetrik əsas kamera blokuna malik premium dizaynı olub.

Smartfon 3 - zümrüd yaşılı, gecəyarısı qarası, kristal gümüşü rənglərdə təqdim olunur.

HONOR 70 modelinin korpusu nazik, qalınlığı 7,91 mm, çəkisi isə 178 qramdır. Smartfon 58° əyilmiş kənarları olan parlaq 6,67 düymlük OLED displey, enerjiyə qənaət edən Qualcomm Snapdragon 778G Plus çipi ilə təchiz edilib. HONOR 70 ən son HONOR Magic UI 6.1 və Android 12 ilə işləyən ilk HONOR smartfonudur ki, istifadəçilər üçün daha fərdi təcrübə, daha çox rahatlıq və məhsuldarlıq təmin etmək üçün bir sıra təkmilləşdirilmiş, fərdiləşdirilə bilən funksiyalara sahibdir.

HONOR 70-də ən çox diqqət onun kamerasına verilib. Bu heç də təəccüblü deyil, çünki bu kamera super təkmil Sony IMX800 sensorunun dünya debütüdür. "54MP 1/1.49"lük əsas sensoru ilə HONOR 70 daha parlaq, daha əhatəvi çəkilişlər üçün daha çox işıq tutur ki, bu da az işıqlı mühitlərdə və xüsusilə gecə vaxtı çox vacibdir. HONOR 70 həm də makro obyektiv kimi də işləyən 50 meqapiksellik 122°-li geniş bucaqlı kamerası ilə hamının qəlbini fəth edib.

HONOR 70 heyrətamiz təsvirlər və yüksək dəqiqliyə sahib kadrlar üçün öz sinfində ən yaxşı Süni İntellektli üçlü əsas kamera sistemi və HONOR-un patentləşdirilmiş HONOR Şəkil Motoru ilə təchiz edilmişdir.

HONOR 70-in maraqlı funksiyası Smart Video Fokus toplu şəkil çəkdirmə və ya video çəkmə halları üçün təqdim olunur. Smart Video Fokus rejimində smartfon eyni vaxtda rəqqaslar qrupunun videosunu və seçilmiş rəqqasənin “solo ifası”nı qeydə alıb. Seçilmiş personajın mövqeyini real vaxtda asanlıqla hesablayan və izləyən süni intellekt alqoritmləri sayəsində HONOR 70 eyni vaxtda həm ümumi video qrupu, həm də seçilmiş şəxsin həmişə kadrın mərkəzində olduğu video yaradır. 

HONOR 70-in Azərbaycanda rəsmi satışına sentyabrın 2-dən etibarən İRŞAD mağazalarında start verilib. 

Smartfonun 8+128 GB versiyası 1199,99 AZN, daha çox yaddaşa malik 8+256 GB versiyası isə 1299,99 AZN-dir.

BAKU.WS