SİZİN REKLAM BURADA!
055 213 76 73


Huawei Consumer Business Group (BG) 50 MP-lik güclü Ultra Vision ultrakamerası, 7,77 mm qalınlığa malik nazik korpus, 120 Hs yenilənmə tezliyi ilə maili ekran və yüksək keyfiyyətli vizual kontent üçün digər funksiya və texnologiyalarla təchiz olunan HUAWEI nova 9 smartfonunun satışına başladığını elan edib.

Yeni model 66 Vt-lıq HUAWEI SuperCharge sürətli şarj yığma funksiyasını dəstəkləyir və eyni anda bir neçə cihazla effektiv şəkildə işləməyə imkan verir.

Ultra Vision ultrakamerası

HUAWEI nova 9 güclü dörd modullu kamera sisteminə malikdir. Ona 50 MP-lik Ultra Vision ultrakamerası və 1/1,56 düymlük iri sensor daxildir.

Əsas fotomodulda hətta zəif işıqda belə yüksək detallaşdırma ilə parlaq çəkilişlərə təminat verən, standart RGGB sensorları ilə müqayisədə matrisanın işığa həssaslığını 40% artıran rəngli işıq filtrləri massivi ilə RYYB sensoru istifadə olunur.

Obyektlərin tanınması alqoritmləri sayəsində isə XD Fusion Engine təsvir keyfiyyətinin artırılması texnologiyası həm fotoşəkilləri, həm videoçarxları daha parlaq və aydın edir.

HUAWEI nova 9 əsas kamerası böyük insan qruplarının, mənzərə və interyerlərin çəkilişi üçün 8-meqapiksellik ultra geniş bucaqlı modulla, 4 sm-lik fokus məsafəsi, və arxa planı bulanıqlaşdırmaqla diqqəti modelin üzərində cəmləyərək portret çəkilişdə real boke effekti yaradan kəskinlik dərinliyinin xüsusi sensoru ilə makroçəkiliş obyektivi ilə təchiz olunub.

Smartfonun 32 MP-lik ön kamerası 4K formatında selfi-video çəkilişini təmin edir və şəklin keyfiyyətini azaltmadan əldən çəkməyə imkan verən intellektual təsvir sabitləmə funksiyasını dəstəkləyir.

Çəkilişi dayandırmadan və əlavə montaja ehtiyac olmadan fərqli rakursları bir çarxda birləşdirərək, əsas kameradan ön kameraya bilavasitə çəkiliş zamanı keçid etmək mümkündür. İki moduldan fasiləsiz video çəkiliş funksiyası izləyicilərə hadisələrə reaksiyanızı nümayiş etdirmək üçün əsas təsviri və ön kamera ilə çəkilən şəkli bir kadrda bir araya gətirməyə imkan verir.

Bundan əlavə, çox geniş bucaqlı və əsas kamera ilə çəkilən ümumi və iri planları birləşdirmək mümkündür. Məsafədən idarəetmə funksiyası kamera sürgüsünü ağıllı saat vasitəsilə istənilən an açmağa imkan verməklə ştativdən çəkilişi asanlaşdırır.

Petal Clip video redaktə tətbiqi vasitəsilə videoçarxların hazırlanması və sosial şəbəkələrdə dərhal yerləşdirilməsi üçün şablonlardan istifadə etmək, həmçinin stiker, şrift, musiqi kompozisiyaları və animasiya effektləri əlavə etmək mümkündür. Axtarış funksiyası sayəsində isə sadəcə lazım olan təsvir üçün açar sözü daxil edərək, şəkil və videoları asanlıqla seçmək olar.

Zövqlü dizayn və keyfiyyətli ekran

HUAWEI nova 9 şarja qənaəti və axıcı canlandırmanı təmin edərək, izlənilən kontentdən asılı olaraq dəyişə bilən 120 Hs kadr yenilənmə tezliyi ilə 6,57 düymlük parlaq ekrana malikdir. P3 palitrasının 1,07 milyard rəngi əks etdirən və HDR10 dinamik diapazonunu dəstəkləyən ekran parlaq və reallığa uyğun şəkilləri təmin edir.

Sensor panelinin 300 HS diskretizasiya tezliyi ekranla qarşılıqlı əlaqə zamanı tam rahatlığı təmin edir, çoxnöqtəli toxunuş funksiyası isə video oyunlarda üstünlük qazandırır.

Ekran parlaqlığının yüksək səviyyədə tənzimlənməsi sayəsində HUAWEI nova 9 optimal parlaqlığı işıqlandırma şəraitindən asılı olaraq avtomatik olaraq tənzimləyir. Gözlərin qorunması rejimi ekranda sarı rəng səviyyəsinin azaldılması və mavi işığın effektiv filtrasiyası üçün kompleks aparat-proqram həlli sayəsində cihazın uzun müddət ərzində rahat istifadəsini təmin edir.

HUAWEI nova 9 zövqlü dizaynı ilə fərqlənir: unikal ulduz mavisi çaları Starry Flash AG Glass xüsusi səth emalı üsulu vasitəsilə alınıb.

Bunun sayəsində smartfonun arxa paneli gündüz işığında effektiv şəkildə rəngdən-rəngə çalır, adi işıqda isə təbii rəngdə olur. Starry Flash AG Glass texnologiyası gözəl çalarlarla yanaşı, sürüşməyə mane olan və arxa paneldə barmaq izlərinin qalmamasını təmin edən xoş teksturaya malikdir. Ulra nazik dizaynda hazırlanan smartfon 175 q çəkiyə malikdir, korpusun qalınlığı cəmi 7,7 mm-dir, dairəvi kənarlara malikdir.

Yüksək məhsuldarlıq

HUAWEI nova 9 Adreno™ 642L videokartı ilə Qualcomm Snapdragon 778G 4G mobil platforması üzərində qurulub. 4300 mAxs tutuma malik akkumulyator sayəsində smartfon uzunmüddətli avtonom iş rejimini dəstəkləyir. 66 Vt-luq HUAWEI SuperCharge sürətli şarj texnologiyası ilə smartfonu hətta qısa müddətdə belə şarj etmək mümkündür: batareyanı 53% şarj etmək üçün cəmi 15 dəqiqə, tam şarj üçün isə 38 dəqiqə kifayət edir.

Maye istilik daşıyıcısı və qrafen plyonkalarla innovativ soyutma sistemi artıq istiliyin prosessordan kənarlaşdırılmasını təmin edir. İntellektual alqoritmlər smartfonun və ətraf mühitin temperaturunu təhlil edir və həddən artıq qızmaya yol vermədən yüksək məhsuldarlıq bəxş edir. Wi-Fi 6 simsiz rabitə standartı 2,88 Gbit/s-dək maksimal yükləmə sürətini təmin edir.

Digər cihazlarla intellektual qarşılıqlı əlaqə

HUAWEI nova 9 eyni anda bir neçə cihazla effektiv işi təmin edir: EMUI 12 bazasında işləyən smartfon HUAWEI noutbukları və planşetləri ilə sinxronlaşa bilir. Qoşulmanın mərkəzləşdirilmiş qaydada idarə olunması üçün menyuya audio cihazlar, ağıllı ekranlar və digər qurğular daxil olmaqla, HUAWEI-in istənilən periferiya cihazları ilə qarşılıqlı əlaqəyə imkan verən Device+ tab vərəqəsi əlavə olunub. Smartfonu HUAWEI planşetinə qoşmaq və  noutbukun ekranında mobil tətbiqi işə salmaq və ya zəngi qəbul etmək üçün istifadəçinin HUAWEI MatePad işarəsinə basması və çoxekranlı rejimi seçməsi kifayətdir.

Bundan əlavə, HUAWEI nova 9 yüksək keyfiyyətli səsli və video danışıqlar aparmağa və eyni anda 12 nəfərlə ünsiyyətdə olmağa imkan verən HUAWEI MeeTime tətbiqini dəstəkləyir.

Satışa çıxarılma

HUAWEI nova 9 smartfonları HUAWEI-in rəsmi tərəfdaşları olan Baku Electronics, Kontakt Home, Optimal və Soliton mağazalar şəbəkələrində 2022-ci il martın 15-dən qara və ulduz mavisi rənglərində satışa çıxarılacaq.

Martın 15-dən 27-dək isə HUAWEI nova 9 smartfonunu alanlara HUAWEI Watch Fit ağıllı saatı hədiyyə olunacaq.

BAKU.WS
VİDEO