SİZİN REKLAM BURADA!
055 213 76 73


Huawei Consumer Business Group (BG) gənc nəsil üçün yeni HUAWEI nova 9 SE yüngül flaqman smartfonunu Azərbaycanda satışa çıxartdı.

Cihaz innovativ funksiyaları və dəbli dizayn elementləri ilə seçilir. HUAWEI nova 9 SE smartfonu güclü kamera sistemi və yenilənmiş video çəkiliş funksiyaları ilə həyatınızın önəmli anlarını əbədiləşdirməyə imkan verir.

HUAWEI nova seriyası ilk gündən gənc istehlakçıların rəğbətini qazanıb. Və bu əbəs yerə deyil. Bu modellər mükəmməl kamera sistemi ilə təchiz olunmuş və dəbli dizayn edilmiş, keyfiyyətli cihazlardır. 

Sələfləri kimi zərif dizayn və güclü performansa malik olan HUAWEI nova 9 SE sosial media həvəskarı olan gənclər üçün mükəmməl tapıntıdır. İstər gənc, istərsə də yaşlı nəslin istifadə edə biləcəyi bir sıra yeni xüsusiyyətləri ilə həmin model, bu il bir çoxlarının istək siyahısında yer alacaq.

Estetik dizayn

Özündən əvvəlki modellərlə eyni estetik standartlara uyğun dizayn edilmiş HUAWEI nova 9 SE hər biri cəmi 1,05 mm ölçüdə olan ultra nazik HUAWEI FullView Ekranına malikdir. Bu, smartfonun cəmi 7,94 mm olan ultra-incə korpusunu mükəmməl şəkildə tamamlayır. Təkmilləşdirilmiş Klassik Ulduz Orbiti Halqası dizaynı HUAWEI nova 9 SE-nin görünüşü daha da mükəmməl edir.

Huawei, istifadəçilərə mükəmməl görüntü təcrübəsi yaşatmaq üçün display ekranının çərçivəsini daim genişləndirir. HUAWEI nova 9 SE, əksər səciyyəvi smartfonlardan xeyli yüksək olan 94,85 faiz inanılmaz ekran-korpus nisbətinə malikdir. Bu, istifadəçiyə daha immersiv vizual təcrübə yaşadır.

Gənclərin cazibədarlıq, unikallıq və zəriflikdən zövq aldığını nəzərə alaraq, HUAWEI nova 9 SE modelləri dəbli dizayn, rəng və koordinasiya cəhətdən gənclərin zövqünü oxşamaq məqsədilə üç fantastik rəngdə təqdim edilir: Kristal Mavisi və Gecə Yara Qarası.

Eyni zamanda, Huawei 3D Şüşə Arxa Korpusunda ikiqat lentli, ikili örtüklü nanotekstura texnologiyasından (yalnız Kristal Mavisi rəngli model üçün) istifadə etmişdir. İşığı əks etdirərək parıldayır və əlvan rənglər yaradır.

Bütün ssenarilər üçün kamera

HUAWEI nova 9 SE 108MP əsas kamera, 8MP ultra geniş bucaqlı obyektiv, 2MP Bokeh obyektiv və 2MP makro obyektivdən ibarət 108MP Sİ Dördlü Kamera sistemi ilə təchiz edilmişdir. 108 meqapiksellik ultra yüksək dəqiqlikli əsas kamera (f/1.9 diafraqma) istifadəçilərə yaradıcılıqlarını möhtəşəm detalları ilə əks etdirməyə imkan verir.

HUAWEI nova 9 SE ilə bütün ssenarilər üzrə çəkilişlər edə bilərsiniz. Onun ultra geniş bucaqlı kamerası daha böyük həcmli kadrlar çəkmək üçün 112 dərəcə baxış bucağına malikdir. Cihazın makro obyektivi hər aydın görünən detalı çəksə də, onun dərinlik kamerası böyük diafraqma effektindən faydalanaraq daha təffərrüatlı çəkilişlər etməyinizə kömək edir. İstənilən halda, HUAWEI nova 9 SE hər bir emosiyanın və hər bir anın son dərəcə aydın linzalar tərəfindən qeydə alınmasını təmin edir.

Video-roliklər hazırlamaq heç vaxt bu qədər asan olmayıb. Səyahətinizi yaxud sadəcə gündəlik həyatınızı lentə almağınızdan asılı olmayaraq, yüngül dizaynı sayəsində HUAWEI nova 9 SE ilə hər yerdə və hər zaman müxtəlif perspektivlərdən asanlıqla video çəkə bilərsiniz. HUAWEI nova 9 SE istifadəçilərə müxtəlif perspektivlərdən fasiləsiz və mükəmməl çəkilişlər etməyə və görüntüləri bir fayl şəklində yadda saxlamağa imkan verən Davamlı Ön/Arxa Kamera Çəkimi funksiyasını dəstəkləyir. İstər TikTok üçün qısa video, istərsə də YouTube üçün video-roliklər olsun, o, istifadəçilərin mürəkkəb redaktə vaxtına qənaət etməklə video hazırlama prosesini asanlaşdırır. HUAWEI nova 9 SE həmçinin asan redaktə ilə daha zəngin və daha maraqlı foto çəkiliş təcrübəsi təmin edən Dual-View Video və Petal Clip kimi bir sıra video-rolik funksiyalarını dəstəkləyir.

Güclü performans

Sürətli batareya doldurma funksiyası istehlakçılar tərəfindən getdikcə daha çox tələb olunur. 66W HUAWEI SuperCharge sayəsində HUAWEI nova 9 SE cəmi 18 dəqiqəyə 60% doldurula bilər. Huawei-nin özəl tək hüceyrəli, ikiqat yollu, üçqat terminallı dizaynından tam istifadə edərək, akkumulyator əvvəlki nəsillərlə müqayisədə 10 faiz yüksək tutumla yanaşı, 5 faiz daha uzun istifadə müddətinə malikdir. Artıq gecədən batareyanı doldurmağı unutduğunuz zaman narahat olmağa dəyməz, çünki onu səhər rutniniz qədər qısa müddətdə tam doldurmaq mümkündür. HUAWEI nova 9 SE nazik və yüngül dizaynı ilə yanaşı güclü performansa malikdir. HUAWEI nova 9 SE optimal soyutma təmin etmək üçün yüksək istilik keçiriciliyi olan qrafendən istifadə edir. Eyni qalınlıqdakı adi qrafenlə müqayisədə daha yüksək istilik keçiriciliyinə malik olan bu qrafen soyutma qabiliyyətini 30 faizə qədər artırır. Sandviçə bənzər Arxitektura Dizaynı ilə qurulmuş smartfon isti hissələri tez hiss edə bilər və daha yüksək effektivli soyutmaya imkan verir. Bu o deməkdir ki, istifadəçilər rahatlıqla oyun oynamaqdan və əylənməkdən zövq ala bilərlər.

Ağıllı əlaqə, simsiz əlaqə

Yeni EMUI 12 optimallaşdırmaları ilə HUAWEI nova 9 SE olduqca axıcı istifadəçi təcrübəsi təqdim edir. EMUI 12 ilə Huawei müxtəlif menyuları İdarəetmə Panelində birləşdirdi. İdarəetmə Panelini açmaq və cari ekranınızdan çıxmadan audio oxutmaq, Wi-Fi və Bluetooth parametrlərinə sürətli giriş əldə etmək, həmçinin bir neçə cihazı idarə etməyi asanlaşdırmaq üçün sadəcə bir cihazı idarə edirmiş kimi sürüşdürün.

İstifadəçilər işləyərkən HUAWEI nova 9 SE-ni EMUI 12-də Paylanmış Fayl Sistemi vasitəsilə Huawei Komputerlə əlaqələndirir, kabel yaxud əlavə proqrama ehtiyac duymadan, asan cihazlararası fayl idarəetmə funksiyası vasitəsilə iş səmərəliliyini artırır.

AppGallery xüsusiyyətləri

HUAWEI nova 9 SE daim yenilənən çoxsaylı və yüksək kefiyyətli Huawei AppGallery tətbiqlər sayəsində yeni və innovativ istifadəçi təcrübəsi təqdim edir. 18 kateqoriya üzrə müxtəlif yerli və qlobal tətbiqlər. İstədiyiniz tətbiqi tapmaq heç bu qədər asan olmayıb! HUAWEI nova 9 SE-nin güclü fotoqrafiya və dizayn xüsusiyyətlərini tamamlayan AppGallery-də sizə bu cihaz vasitəsilə heyrətamiz videolar, incəsənət əsərləri və şəkillər yaratmağa imkan verəcək bir sıra yaradıcılıq tətbiqləri mövcuddur.

2018-ci ilin aprel ayında qlobal miqyasda təqdim edildiyi vaxtdan etibarən AppGallery 170-dən çox ölkə və regionda mövcuddur və dünya üzrə aylıq təxmini 580 milyon aktiv istifadəçi deməkdir. Keçən il bütün dünya üzrə AppGallery-dən 432 milyarddan çox tətbiq endirilib. İstifadəçi məxfiliyini və təhlükəsizliyini qorumaq və HUAWEI nova 9 SE-də sevdiyiniz tətbiqlərdəm təhlükəsiz şəkildə istifadə etməyinizi təmin etmək üçün AppGallery dörd addımlı təhlükəsizlik sistemindən istifadə edir.

Satışa çıxarılma

HUAWEI nova 9 SE smartfonu HUAWEI-in rəsmi tərəfdaşları olan Baku Electronics, Kontakt Home, Optimal və Soliton mağazalar şəbəkələrində 2022-ci il aprelin 7-dən Kristal Mavisi və Gecə Yara Qarası rənglərində satışa çıxarılacaq.

BAKU.WS
VİDEO