SİZİN REKLAM BURADA!
055 213 76 73


realme - qəbul olunmuş texnoloji standartları dəyişən smartfonların və ağıllı cihazların istehsalı üzrə ixtisaslaşan texnoloji brenddir.

Şirkət 2018-ci ilin may ayında təsis olunmuşdur, və cəmi bir neçə il ərzində realme özünü yüksək keyfiyyətli yığılma, yüksək məhsuldarlıq və dəbli dizayn ilə fərqlənən smartfon istehsalçısı kimi tanıtmağa nail olmuşdur. 

Counterpoint Research-ün apardığı tədqiqatların nəticəsinə görə, realme 7 aparıcı beynəlxalq smartfon təchizatçıların siyahısına daxildir. Hal-hazırda istifadəçi sayı 70 milyona çatıb, bu isə şirkətin ən sürətli inkişaf edən brend sayılmasına səbəb olub.

Bu gün realme Azərbaycanda, valehedici xüsusiyyətlərə malik 2 yeni modeli rəsmi olaraq təqdim edir - realme 8 Pro və realme C21.

realme 8 Pro

Kamera modulu 108 Mp olan və peşəkar çəkiliş rejimlərinə malik olan flaqman məhsuldarlığı, barmaq izi skanerli Super AMOLED ekran, SuperDART Charge 50 Vt gücə malik akkumulyator və eləcə də müasir trendlərə uyğun olan dəbli dizayn realme 8 Pro modelinin əsas üstünlükləridir. 

realme 8 Pro — time-lapse gecə çəkilişi və title-shift çoxkadrlı video rejimi texnologiyalarına malik olan ilk smartfondur. Gecə səmasının gözəl və aydın şəkillərini çəkmək və ulduzlu səmanın inanılmaz videokadrlarını əldə etmək məqsədilə, gecə çəkilişi üçün time-lapse rejimi və bir neçə unikal rejim istifadə olunur.

realme 8-in üstünlüklərindən biri də sürətli və təhlükəsiz, 4500mAh akkumulyatorunun 0-dan 100%-a qədər 45 qədiqə ərzində şarj yığmasına imkan yaradan 50 Vt-lıq Super Dart şarj aparatıdır. Smartfon 3 dəqiqə şarj topladıqdan sonra siz rahatlıqla 11 saat ərzində musiqi dinləyə və ya telefonunuzu 3 günlük gözləmə rejimində saxlaya bilərsiniz. Smartfon eləcə də powerbank kimi istifadə olunması üçün nəzərdə tutulan reversiv şarj toplama rejimini də dəstəkləyir.

realme 8 Pro Qualcomm Snapdragon 720G prosessoru ilə təchiz olunub, yüksək keyfiyyətli səs xüsusiyyətlərinə malik olduğuna zəmanət verən Hi-Res Audio sertifikatına layiq görülmüşdür, smatrfonun Dual Standby dəstəkləyən 2 SİM-kart slotu və 256 GB həcmli flash-card slotu vardır.

Realme 8 müstəsna texniki xüsusiyyətlərindən başqa vizual və taktil xüsusiyyətləri ilə də fərqlənir:  smartfonun arxa paneli qeyri-adi donuq səthli təbii mineral kristal teksturuna bənzəyir.

realme C21

realme C21 - Avropanın TÜV Rheinland yüksək etibarlılıq sertifikatına layiq görülən C-seriyasının ilk smartfonudur. Cihazın əsas spesifik xüsusiyyətləri: 5 000mAh həcmli akkumulyator, böyük yaddaş həcmi 4+64 GB, üçlü Aİ-kamera, damlayabənzər formalı 6,5 düymlük ekran, takt tezliyi 2,3 Hhz olan səkkiz nüvəli prosessor, NFC çipi və barmaq izi skaneridir.

realme C21-in etibarlılığı müstəqil mütəxəssislər tərəfindən təsdiq olunub və realme C seriyasının, yüksək yığılma keyfiyyətinə və uzunmüddətli istifadə imkanına zəmanət verən TÜV Rheinland High Reliability sertifikatına layiq görülmüş ilk smartfonudur.

realme C21-in 13+2+2 Mp-llik əsas kamerası PDAF avtomatik fokuslanma və 4 qat böyütmə funksiyaları ilə təchiz olunub. Habelə kamera 1080P videoçəkiliş rejimini dəstəkləyir. 5-Mp-llik frontal selfie Aİ-kamerası Aİ-gözəlləşdirmə, HDR, “portret” rejimi və müxtəlif filter rejimlərinə malikdir.

Avtonomluğun dəstəklənməsi üçün yeni smartfon 5 000 mAh-lıq akkumulyatorla təchiz olunub. Bu güclü batareya sayəsində, smartfon, əlavə şarj almadan, 47 gün gözləmə rejimində işləyə bilər (realme Lab-ın test nəticələrinə əsasən). Həmçinin realme C21, cihazı portativ powerbank kimi istifadə olunması üçün reversiv şarj rejimini dəstəkləyir. Smartfon 2 nanoSIM slotları və bir 256GB həcmli microSD kart slotu ilə təchiz olunub.

Hər iki model mavi və qara rəngdə təklif olunur.

Yeni realme 8 Pro və realme C21 smartfonları inanılmaz keyfiyyəti, funksionalı və dəbli dizaynı ilə artıq azərbaycanlı istifadəçilərin ixtiyarındadır. 

Gulfstream Distribution realme şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur.

realme smartfonları haqqında daha çox məlumat almaq üçün "Facebook" və "Instagram" səhifələrini izəyin.

BAKU.WS