SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ən gözəl şəhərlərindən birində – Qəbələdə yerləşən məşhur əyləncə və istirahət parkı Qəbələnd ziyarətçilərini sevindirəcək yeniliklər edib. Belə ki, Qəbələnd vətəndaşlara sərfəli şərtlərlə parkdan limitsiz istifadə imkanını yaradır.

Bugün Qəbələnd Azərbaycanın 1 nömrəli əyləncə parkı olmaqla yanaşı, Qəbələnin ən görməli yerlərindən biridir. Qafqaz regionunda ən qabaqcıl əyləncə mərkəzi olaraq tanınmış Qəbələnd istər uşaqlar, istərsə də böyüklərin istirahət və əyləncəsi üçün ideal məkandır. Qəbələnd kiçikdən tutmuş böyüyə qədər hər kəsə sehrli anlar və sonsuz sevinc bəxş edir.

Parkın ümumi sahəsi 16 hektardır – burada həm uşaqlar, həm də böyüklər üçün çoxlu sayda müxtəlif karusellər, 800 м2 sahəyə malik su attraksionları ilə təchiz olunmuş hovuz, rahat dayanacaq, dağlara açılan füsunkar mənzərə, ətirli güllərlə dolu gözəl bağ, bir-birindən ləzzətli yeməkləri olan restoran və kafelər xidmət göstərir.

Ötən illərdə bu sehrli əyləncə dünyasını ziyarət etmək üçün qonaqlar ilk olaraq parka giriş üçün ödəniş etməli, daha sonra isə hər attraksion üçün də əlavə ödəniş etməli idilər (attraksionların qiyməti 3 ilə 5 AZN arasında dəyişirdi). İndi isə Qəbələnd limitsiz istifadə imkanını təklif edir. Ziyarətçi girişdə ödəniş etməklə uşaqlar və böyüklər üçün müxtəlif attraksion və karusellərdən (parkda bunların sayı 30-dan çoxdur) məhdudiyyətsiz istifadə imkanı əldə edir.

Bugün Qəbələnd əyləncə mərkəzinin qiymətləri belədir:

- 3 yaşdan kiçik uşaqlar üçün giriş pulsuzdur;

- 120 sm-ə qədər qonaqlar üçün giriş 10 AZN (məhdudiyyətsiz istifadə) olacaq;

- 121 sm-dən yuxarı olan qonaqlar üçün giriş 15 AZN (məhdudiyyətsiz istifadə) olacaq;

Qeyd edək ki, boy ilə bağlı müəyyən məhdudiyyətlər attraksion istehsalçıları tərəfindən təyin edilir və bu təcrübə bütün dünyada tətbiq olunur.

Vurğulayaq ki, Qəbələnd-də əlavə ödəniş müqabilində aşağıdakı əyləncələr də təmin edilir:

- Müxtəlif su attraksionları olan böyük hovuz – 1 nəfərlik giriş 5 AZN təşkil edir (üç yaşınadək uşaqlar üçün ödənişsizdir);

- Kartinq – 10 AZN (adambaşına);

- SEGA oyun salonu və pnevmatik tir – qiyməti 2 AZN-dən başlayır;

Həmçinin Qəbələnd parkı ödənişsiz ziyarət edə biləcək müəyyən kateqoriyalı şəxslər üçün güzəştlər elan edir:

- I və II Qarabağ müharibələri veteranları;

- Hazırda xidmətini davam etdirən hərbiçilər;

- Şəhid ailələri;

- Fiziki məhdudiyyətli şəxslər (onları müşayiət edən şəxslər də daxil olmaqla);

- 60 yaşdan yuxarı şəxslər;

Xüsusilə qeyd edək ki, Qəbələnd əyləncə parkındakı bütün attraksionlar tam texniki baxışdan keçərək istehsalçı tərəfindən müəyyən olunmuş bütün standartlara cavab verir. İşçi heyəti tərəfindən parkda təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Göstərilən xidmətlərin keyfiyyətini artırmaq üçün parkın qonaqları arasında daim sorğular keçirilir. Limitsiz isitfadə və güzəştlərlə bağlı tətbiq edilən yeniliklər qonaqlar arasında müsbət qarşılanır.

Sorğuda iştirak edən Məmmədovlar ailəsi bunları qeyd etdi: “Qəbələnd əyləncə və istirahət mərkəzinin daimi qonaqlarıyıq. Maraqlı attraksionlar həm uşaqlarımızın, həm də bizim xoşumuza gəlir. Park rəhbərliyinin limitsiz giriş imkanı tətbiq etməsinə çox sevindik və bu ailə büdcəmizə kifayət qədər qənaət etməklə yanaşı, parka səfərlərimizi daha da tezləşdirəcək. Müəyyən kateqoriyalı şəxslər üçün elan edilən güzəştlərə gəlincə, bu əla addımdır və çoxları üçün nümunədir”.

Qəbələnd – bütün ailə üçün xoş, unudulmaz və sərfəli məkandır!

Park hər gün 11:00-dan 23:00-dək açıqdır. Daha ətraflı məlumatı aşağıdakı əlaqə nömrəsindən əldə etmək olar: +99450 2900132.

Elektron poçt ünvanı - [email protected]

Facebook - https://www.facebook.com/Qebelend

Instagram - https://www.instagram.com/qebelendeylencemerkezi

BAKU.WS
QALEREYA