Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Zelenski hər bir dəstək jestinin vacibliyini qeyd edib və müstəqilliyinin bərpasının 35-ci ildönümü günündə Ukraynanı xatırlayan ölkələrə təşəkkürünü bildirib.
"Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq", - o yazıb.
Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.
Oxşar xəbərlər
Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM (CICA) Dövlət və...