Abşeron rayonunda evlərdən oğurluqlar edən 3 şəxs saxlanılıb

09
avq
2025
18:10
Abşeron rayonu ərazisində yerləşən 3 evdən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, həmin evlərdən ümumilikdə 12 min manata yaxın pul və ümumi dəyəri 11 min manatdan çox olan qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Bu barədə BAKU.WS-ə DIN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 49 yaşlı M.Quliyev, 34 yaşlı F.Kamallı və 39 yaşlı F.Verdiyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Ağsuda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Ağsuda məişət tullantıları yandıran şəxs daha geniş yanğına səbəb olub. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...
