"Könüllülər koalisiyası" Ukraynaya qoşunlar göndərmək istəmir
"Könüllülər koalisiyası"na daxil olan ölkələr Ukraynanın hərbi-sənaye kompleksinə dəstək verməyə üstünlük verərək, öz qoşunlarını bu ölkəyə göndərməyi planlaşdırmır.
BAKU.WS Oxu.Az-a istinadən bildirir ki, bu barədə "The Sunday Times" nəşri Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır.
Əsas diqqət Ukrayna Silahlı Qüvvələrinin döyüş hazırlığının təmin edilməsinə yönəlib.
Mənbə qeyd edib ki, heç kim öz əsgərlərinin həyatını riskə atmaq istəmir, ona görə də Ukrayna ordusunu gücləndirmək vacibdir. Bura təkcə hava hücumundan müdafiə sistemləri və dronların tədarükü deyil, həm də uzaqmənzilli raketlərin istehsalı daxildir ki, Kiyev digər ölkələrdən asılı olmadan onlardan müstəqil şəkildə istifadə edə bilsin.
Qeyd edək ki, "Könüllülər koalisiyası" Ukraynada sülhməramlı missiyada iştirakı mümkün hesab edən 30-dan çox ölkənin birliyidir.
Oxşar xəbərlər
İran gəmiləri ABŞ mühasirəsi fonunda Hörmüz boğazından keçib
İran mediası ABŞ-nin "dəniz mühasirəsi" iddiaları fonunda ölkəyə məxsus daha bir gəminin Hörmüz boğazından keçdiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, rəsmi Fa...