Viktor Orban Azərbaycan və digər ölkələrin liderlərinə təşəkkür edib
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlət başçılarına təşəkkür ünvanlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Sülhə sarsılmaz sadiqliyinə görə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edirəm. Müharibə nəticəsində yaranan enerji böhranı ilə mübarizədə bizə yardım etmək üçün əməkdaşlığınız mühüm əhəmiyyət kəsb edir. Sülh içində birləşərək, birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik".
Oxşar xəbərlər
Şuşa Qlobal Media Forumu və Azərbaycanın artan qlobal nüfuzu
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq gücünün və media diplomatiyasının əsas platform...