ÜST: Çin koronavirus epidemiyasını tam nəzarət altına almaq yolundadır

ÜST: Çin koronavirus epidemiyasını tam nəzarət altına almaq yolundadır
Siyasət 151

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus martın 9-da keçirdiyi mətbuat konfransında Çində yeni tip koronavirusa yoluxan pasiyentlərin 70 faizinin artıq sağaldığını bildirib.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, bu ölkədə virusa yoluxan 80 mindən artıq şəxsin 70 faizi artıq evə buraxılıb.T. A. Gebreyesus Çinin epidemiyanı tam nəzarət altına almaq yolunda olduğunu da bildirib. Pandemiya təhlükəsinin hələ də real olaraq qaldığını qeyd edən ÜST rəhbəri belə olacağı təqdirdə, bu pandemiyanın dünyanın nəzarət altına ala biləcəyi ilk pandemiya kimi tarixə düşəcəyini diqqətə çatdırıb. Buna görə də dünyanın müxtəlif ölkələrini hökumətlərin insanları epidemiyadan qorumaq üçün profilaktiki tədbirləri vacib və düzgün hesab olunmalıdır, çünki bir çox ölkələrin nümunəsi göstərib ki, bu tədbirlər virusla mübarizəyə kömək edir.

Son xəbərlər