Türkiyəli nazir: COP31 namizədliyimizə göstərdiyi güclü dəstəyə Azərbaycana təşəkkür edirəm
Türkiyənin COP31 namizədliyi davam edərkən, bu prosesdə göstərdiyi güclü dəstəyə və əməkdaşlığa görə Azərbaycana bir daha təşəkkür etmək istəyirəm.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə görüşən Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial şəbəkə hesabında yazıb.
Murat Kurum M.Babayevlə görüşü zamanı ətraf mühit, iqlim və urbanizasiya başda olmaqla bir çox sahədə Azərbaycanla inkişaf etdirilən əməkdaşlıq və ortaq məqsədlərin müzakirə edildiyini bildirib.
Oxşar xəbərlər
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. BAKU.WS xatırladır ki...