Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik edib - FOTO

Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik edib - FOTO
Siyasət 1

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Bu barədə nazirliyin “X” hesabında paylaşım olunub.

“Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq”, - təbrikdə bildirilib.

Təbrikdə, həmçinin Azərbaycan Dövlət Himnindən bir hissəyə də yer verilib:

“Sən olasan gülüstan, sənə hər an can qurban,Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan.

Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan”.

Son xəbərlər