Türkiyə mediası Qarabağda: Ağdam Sənaye Parkının inkişafına yerində baxış

Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. Onlar sənaye parkında həyata keçirilən layihələr, investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin məşğulluğunun təmin edilməsi üçün 2021-ci ilin 28 may tarixində dövlət başçısının Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Parkın prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının ərazisinin 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Park rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikincidir. Sənaye parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. İş adamları dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda sənaye parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.
Sənaye parkında istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur.
Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkının rezidentləri "Bafco İnvest", "Mister Decor" və "Eel Electric" MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
Türkiyəli media təmsilçiləri həmçinin, Ələt Azad İqtisadi Zonasında olublar. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada yaradılan biznes və investisiya imkanları haqqında jurnalistlərə məlumat verib. Qeyd olunub ki, əsas beynəlxalq ticarət marşrutlarının kəsişməsində yerləşən və müasir infrastruktura malik iqtisadi zona cəlbedici fiskal və qeyri-fiskal stimullar təqdim edir. Bu baxımdan, iqtisadi zona yüksək dəyərli və ixracyönümlü istehsal sahəsi üzrə investisiyalar üçün əlverişlidir.
Türkiyənin media nümayəndələri həmçinin, Sumqayıt Kimya Sənaye Parkın fəaliyyəti ilə tanış olub, ölkəmizin əlverişli biznes və investisiya potensialı haqqında geniş məlumat əldə ediblər.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək
Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkila...
