"The Wall Street Journal": Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün "qızıl fürsətə" malikdir.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
"Bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-nin maraqlarına xidmət edəcək", - jurnal qeyd edib.
"Tramp
az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq.
İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır", - yazıda vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...