Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir
Azərbaycan "D-8" təşkilatının proqramına, gündəliyinə və strateji baxışına ciddi və əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulması təşkilatın fəaliyyətinə yeni dinamika və müsbət impuls gətirib:
"Bakı şəhərində müxtəlif sahələr üzrə – şəhərsalma, turizm, media və digər istiqamətlərdə mühüm məsələlər müzakirə olunur. Azərbaycan bu sahələrdə çox əhəmiyyətli töhfələr verib. Mən xüsusilə Azərbaycan rəhbərliyinə, başda Prezident İlham Əliyev olmaqla, dərin minnətdarlığımı bildirmək istəyirəm. Onun liderliyi sayəsində Azərbaycanın "D-8 Organization for Economic Cooperation"a üzvlük prosesi uğurla başa çatdırıldı və bu üzvlüyün əhəmiyyəti xüsusi vurğulandı".
O bildirib ki, "D-8"in genişlənməsi onu çox sevindirir:
"Ötən il Azərbaycan daha bir mühüm təşəbbüslə çıxış edərək üç "mükəmməllik mərkəzi"nin yaradılacağını elan edib: Bu mərkəzlər enerji, nəqliyyat və media sahələrini əhatə edəcək. Hər üç mərkəz Azərbaycanda yaradılacaq və təşkilatın bu əsas istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinə xidmət edəcək.
Biz də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcəyik".
"Eyni zamanda, Azərbaycan enerji sahəsinə dair digər nazirlər səviyyəsində görüşlərin təşkili istiqamətində də fəal işləyir. Bu tədbirlər yaxın aylarda və 2026-cı il ərzində keçiriləcək. Planlara əsasən, qeyd olunan mükəmməllik mərkəzləri də məhz 2026-cı il ərzində fəaliyyətə başlayacaq.
Biz üzv dövlətlərlə birlikdə Azərbaycanla sıx əməkdaşlıq edərək ortaq məqsədlərimizi irəli aparmağa hazırıq", - Baş katib əlavə edib.
Qeyd edək ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) hazırkı Baş katibi pakistanlı diplomat Soheyl Mahmuddur. O, 1 yanvar 2026-cı ildən bu postu tutur.
Oxşar xəbərlər
Rəsmi İrəvan: Ermənistan Aİ-yə inteqrasiyanın "yol xəritəsi"ni həyata keçirir
İrəvan qüvvədə olan sazişlər əsasında Avropa İttifaqı (Aİ) ilə sektorial inteqrasiyanın "yol xəritəsi"ni həyata keçirir. BAKU.WS "Report"a istinadən xəbər verir...