Səməd Seyidov məşhur iş adamıyla quda oldu: "Toy etməmişik"

"Bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, bu, doğru deyil."
BAKU.WS xəbər verir ki, bunu manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O, daha sonra yayılan məlumatla bağlı bunları deyib:
"Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu, o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib nikah ediblər, ancaq toy məclisi keçirilməyib".
Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov "EFES Elçin” kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...