Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Serbiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker abidənin önünə gül dəstələri düzüb.
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.
Qalereya
Oxşar xəbərlər
Avropa strukturları Ermənistandakı seçki pozuntularını görmək və eşitmək istəmir - RƏY
Ermənistanda seçki prosesi beynəlxalq təşkilatların obyektivliyi ilə bağlı ciddi suallar yaradır. BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında deputat K...