Rusiyanın ən böyük aviaşirkəti bütün beynəlxalq uçuşları dayandırır

Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırır. Martın 6-dan etibarən beynəlxalq reyslərə martın 8-dən sonra Rusiyaya dönüş bileti olan sərnişinlər buraxılmayacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında deyilir.
Qeyd olunur ki, ləğv həmçinin "Rossiya" və "Avrora" aviaşirkətlərinin (SU5400-5799 və SU5950-6999 diapazonunda uçuşlar) cədvəlindəki beynəlxalq istiqamətlərə də şamil edilir.
Rusiyaya geri qayıdış reyslərindən istifadənin mümkünsüzlüyü risklərini azaltmaq üçün "Aeroflot" martın 6-dan (Moskva vaxtı ilə saat 00:00-dan) 8 martdan sonra Rusiya Federasiyasına gediş-gəliş bileti olan beynəlxalq reyslərə sərnişinlərin qəbulunu dayandıracaq. Rusiyadan bir istiqamətə uçan sərnişinlər uçuş dayandırılana qədər aviareyslərə buraxılacaq.
Oxşar xəbərlər
Türkiyədə hansı yanğınsöndürən təyyarələrdən istifadə olunur? - FOTO/VİDEO
Türkiyədə baş verən meşə yanğınlarına 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (İHA), 51 helikopter və 1 pilotsuz vertolyotla müdaxilə edilir. BAKU.WS xəbər verir ki...
