Rusiyada azərbaycanlıların amansızlıqla qətlinə sərt REAKSİYA
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, qardaş ölkə Türkiyənin nüfuzlu mənbələri Yekaterinburqda hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı zorakılıq və işgəncələr tətbiq etdiyi faciəli hadisələri geniş işıqlandırıb.
Milyonlarla tamaşaçı və oxucuya Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinə Bakının verdiyi reaksiyalardan, o cümlədən Rusiya dövlət və özəl qurumlarının xətti ilə keçirilməsi planlaşdırılan bütün mədəni tədbirlərin ləğvindən bəhs edilib.
Türkiyənin "Anadolu" informasiya agentliyi İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü geniş işıqlandırıb.
Mənbə Zirvə görüşündə prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına xüsusi diqqət ayırıb.
İtaliyanın "Notizie Geopolitiche" nəşri Azərbaycanla Rusiya arasında hazırkı münasibətləri şərh edərək Ukrayna Prezidenti Volodimir Zelenskinin dövlət başçımıza etdiyi telefon zənginə diqqət çəkib.
Xəbər olunur ki, Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlərimizin qətlə yetirilməsi ilə bağlı dövlət başçımıza Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.
Oxşar xəbərlər
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?
İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub. İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Silahlı Qüv...