Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırılıb
Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.
BAKU.WS-in məlumatına görə, bu barədə “Report” yarışın rəsmi saytına istinadən xəbər verir.
Qeyd edilir ki, qərar həmin ölkələrin rəsmilərinə də şamil edilir. Qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub.
Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.
Oxşar xəbərlər
Batut gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında fərdi proqramda finalçılar müəyyənləşib
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları çərçivəsində kişilər arasında fərdi proqramda finançılar məlum olub. BAKU.WS T...