İran XİN: Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirik
19
sen
2023
23:38
İran Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani teleqramda bildirib.
“İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyır və hesab edir ki, onun problemləri dialoq yolu ilə həll edilməlidir”, - XİN sözçüsü qeyd edib.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin ölkəsinin Qarabağ probleminin həlli üçün “üç üstəgəl üç” formatında görüş keçirməyə hazır olduğunu diqqətə çatdırıb.//report
Oxşar xəbərlər
Mirzoyanın Tehran səfərində nələr oldu? - VİDEO
İyulun 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir-Abdullahianın dəvəti əsasında Tehrana səfər edib. Nazirlər nümayəndə he...