İran hakimiyyəti Qarabağ ermənilərinin müdafiəçisi rolunda - VİDEO

“Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazisindəki qondarma qurumun qanunsuz hərbi birləşmələrinə qarşı keçirdiyi antiterror tədbirləri İran İslam Respublikasında da diqqətlə izlənilib. Bununla bağlı ölkənin rəsmi şəxsləri bir sıra açıqlamalar və bəyanatlar veriblər. Eyni zamanda, İran mətbuatında çoxsaylı şərh və təhlillər dərc olunub. Həmin açıqlamalar və şərhlər İranın Azərbaycan-Ermənistan münasibətlərində, eləcə də, Azərbaycanın Qarabağ bölgəsində baş verənlərə ənənəvi yanaşmasını əks etdirməklə yanaşı, rəsmi Tehranın mövqeyində bir sıra yeni çalarları da üzə çıxarıb”.
Bu barədə “Azad İran” yutub kanalında süjet yayımlanıb.
“Qarabağda antiterror tədbirlərinin icrası zamanı regionda mövcud sərhədlərin və geosiyasi durumun hər hansı şəkildə dəyişməsinin yolverilməzliyi ilə bağlı İran rəsmilərinin dönə-dönə təkrarladığı tezis ikinci Qarabağ müharibəsindən sonrakı ənənəvi mövqeyinin ifadəsi kimi dəyərləndirilə bilərsə, Tehranın verdiyi son bəyanatlarda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin qorunması ilə bağlı davamlı olaraq səsləndirilən tələb İran hakimiyyətinin proseslərə yanaşmasında yeni məqam sayılmalıdır”, - deyə süjetdə qeyd olunur.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
