Qurulyovun təhdid bəyanatının arxasında nə dayanır?

Vaşinqton görüşü ərəfəsində və görüşdən sonra əldə olunan nəticələr təbii ki Rusiyanı qane edə bilməzdi. Rusiyanın növbəti təxribatlara əl atacağı öncədən bəlli idi.
Bu sözləri Milli Məclisin deputatı, tanınmış politoloq Arzu Nağıyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya təbii ki bu görüşün tam əleyhinədir.
"Azərbaycanın cənab prezident İlham Əliyev başda olmaqla apardığı müstəqil daxili və xarici siyasəti bəyənmir hətta deyərdim ki, həzm edə bilmir. Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarını itirməsi və hegemonluq siyasətindən əl çəkmək istəməməsi bu birbaşa bu proseslərlə bağlıdır. Təbliğatın ardınca dövlət Dumasından da Bakıya qarşı müxtəlif hədələr təhdidlər gəlməkdədir. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyovun bəyanatı da bu təbliğatın bariz bir nümunəsidir və davamıdır. Qurulyov bəyanatında rus təbliğatçılarının yəni Solovyov və digərlərinin mütəmadi olaraq aqressiv bəyanatları silsiləsinə uyğun gəlir və həm informasiya və siyasi,iqtisadi baxımdan Azərbaycana təzyiqlərini artırmaq meylini əks etdirir", - deyə deputat bildirib.
Arzu Nağıyev deyir ki, digər məsələ hərbi siyasi subyektdi:
"Yəni gərgin xüsusi hərbi əməliyyat ifadəsi işlədir Qurulyov. Burda da Rusiyanın sərhədi istənilən hissəsində mümkün guya təhdidlər edə bilərlər. Ukrayna senarisindən danışır, onunla eyniləşdirilir, yəni şərhlər Moskvadan Bakıya qarşı atılan ritorik bir fonda baş verir ki, Qarabağ enerji marşrutları Azərbaycanın qərb və Türkiyə ilə artan əməkdaşlığı, Amerika Birləşmiş Ştatlarında keçirilən son görüşlər Donald Trampın Azərbaycan haqqında, rəhbərliyi haqqında dediyi müsbət fikirlər əgər doğrudanda təhlil etsək iqtisadi təzyiqlə bu nəyə nail ola bilər. Azərbaycan mallarının bəzi kateqoriyalarına məsələn tərəvəz meyvə spirtli içkilər alkoqollu içkilər bunun idxalına məhdudiyyət qoya bilər və yaxud müvəqqəti qadağa edə bilər. Rusiya Federasiyasında Azərbaycan sahibkarlarına qarşı yoxlamalar onsuz da edirlər. Yoxlamalar davam edir və inzibati təzyiqləri artıra bilərlər. Logistiktik daşımaları çətinləşdirə bilərlər, Gömrükdə gecikdirərlər nəqliyyat kvotalarını verməzlər. Bu proseslərə biz daima hazırıq və bilirik ki Rusiya mütəmadi olaraq bu addımları atır. Moskva inandırıcı görünmür ki tam qadağaya getsin çünki bu məqsədli hərəkətdir ona görə də bunun bir sonu yoxdu".
Ekspertin sözlərinə görə, növbəti məsələ informasiya və təbliğat kampaniyasına başlaya bilərlər.
"Burda da müxtəlif tərəfdaş kimi imic formalaşdırılan Rusiyanın kütləvi informasiya vasitələrinin "Teleqram" kanallarının aktivləşdirilməsinə özlərinin beşinci kolonun istifadə edərək müəyyən yazıların verilməsi milli azlıqlar miqrasiya siyasəti cənubi Qafqazda Rusiyanın maraqlarına təhdidlərin mövzusunda müxtəlif addımların atılmasıdır.
Qurulyov təhdidin birində bir istiqamətində hərbi məsələləri qabardır yəni hərbi siyasi təzyiqin məlumdur ki onlar bizə təzyiq edə bilər Ermənistanda və sərhəddə Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsini yəni orda özlərinin 102 saylı bazasını gücləndirə bilərlər. Sərhəddə Avropa ittifaqının vizual kəşfiyyatçıları ilə bərabər öz qoşunlarını gətirə bilərlər, Azərbaycan ərazisi yaxınlığında hərbi təlimlər keçirə bilərlər müəyyən MDB kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı səviyyəsində o platformadan istifadə edə bilərlər. Lakin bu gün Rusiya-Ukrayna arasında olan müharibə cənubi Qafqazda təkrarlanması qeyri-mümkündür çünki bu artıq cənubi qafqazın tamamilə itirilməsinə gətirib çıxara bilər bu riski nəzərə alaraq düşünürəm ki Rusiya birbaşa hərbi qarşıdurmaya gedə bilməz".
Bəs onda bu generalın bu çıxışı nədən ibarətdir?
Arzu Nağıyev deyir ki, bu Rusiya rəhbər şəxslərinin özünü sındırmamağa cəhd etməsidir:
"Ömürboyu biz qalibik dırnaqarası biz belə edə bilərik deyə prinsiplərdən çıxış edən belə generallar və deputatlar məlumdur ki Azərbaycanı Sovetlər dönəmində ki və digər vaxtlarda ki ordusunu təsəvvür edə bilir. 44 günlük müharibə də biz bir daha göstərdik ki bizim apardığımız müharibə sistemi o yol taktika bütün dünyanın bir sıra hərbi məktəblərində hətta dərs verilə biləcək bir sistemdir. Buna görə də düşünürəm ki bunların bu bəyanatları öz fikirlərində qalacaq. Yəni 3 – 4 ay ərzində bu proseslər davam edəcəkdir. İndi bir məsələ də var, avqust ayının 15 -də Amerika Birləşmiş Ştatları Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra görən bunların ritorikasi hansı istiqamətdə olacaqdır. Hərbi və siyası şantaj ritorikası, real hərəkətlər güc nümayişi, müttəfiqlərin fəallaşması bundan artıq nə ola bilərki, nə məhdudlaşar. Mən düşünürəm ki bir daha qeyd edirəm ki Azərbaycan prezidenti cenab İlham Əliyevin bugün apardığı müstəqil daxili və xarici siyasət bu və ya digər şəkildə Rusiya və digər bəzi dövlətlər tərəfindən qəbul edilmir qəbul edilə də bilməz çünki diktəsiz vasitəçi olmadan öz müstəqil siyasətini aparıb və qarşıya qoyduğu məqsəd ölkənin suverenliyi ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşının rifahini tam şəkildə təmin etməkdir".
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan dövlətçilik tarixində yeni səhifə açdılar
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Almaniyanın bir sıra nüfuzlu media orqanları Azərbaycan Pre...
