Qərbi Azərbaycan Xronikası: "Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır"

Qərbi Azərbaycan Xronikası: Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır
Video
Siyasət 115

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "E.ə VIII əsr etrusk yazıları türkcədir" adlı veriliş hazırlanıb.

Verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov vikinqlərdən danışıb.

O bildirib ki, vikinqlər Azərbaycan ərazisindən gələn prototürklərin davamçılarıdırlar: "Norveçlilərin əsli Azırbaycandan olan prototürklərdir. Prototürklər Avropanın ən şimal ölkələrinə qədər yayılıblar".

Onun sözlərinə görə, e.ə VIII əsrdə etrusk yazıları türkcədir və Avropa alimlərinin "mənşəyi bəlli deyil" dedikləri tayfaların hamısı türklərdir.

Tarixçi deyib ki, Qobustan və Gəmiqaya təsvirləri arasında 400 qədim söz oxunub: "Qərbi Azərbaycandakı kilsələrdəki qədim dua kitabları qıpçaq dilindədir. Qərbi Azərbaycanda olan xristian abidələrinin duaları qıpçaqca yazılıb. Ermənilər bilmədən kilsədə duanı türkcə edirlər".

A.Seyidov vurğulayıb ki, Sakit okeandan Atlantikə qədər qədim türklərin saz təsvirləri tapılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər