Prezident İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir

Ermənistan və Azərbaycanın maraqları müəyyən məqamlarda üst-üstə düşə bilər, lakin İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.
"Ermənistan və Azərbaycanın maraqları üst-üstə düşə bilər. Lakin Ermənistan bu məsələni hər zaman fərqli şəkildə görüb. Əgər vaxtilə işğal, azərbaycanlıların deportasiyası və soyqırımı baş verməsəydi, bu gün Cənubi Qafqazda vəziyyət tamam başqa cür olardı. Region çoxdan inteqrasiya olunar, bu qədər vaxt və imkanlar itirilməzdi", - İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fiki...