Pezeşkian Azərbaycana səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını bəyan edib
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını bəyan edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan M.Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
Oxşar xəbərlər
VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb. BAKU.WS...