Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, N.Səfərovu dekabrın 9-u polis əməkdaşları saxlayıb.
O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.
İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.
N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir
Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mah...