Mete Yarar: "Azərbaycan aslan kimi sözünün arxasında dayandı"

Türkiyədə təhlükəsizlik siyasəti üzrə ekspert Mete Yarar "Haber Global" kanalında çıxış edərkən Azərbaycanın son illər dünyada söz sahibi olduğunu sübut etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, Mete Yarar Azərbaycanın özünün kifayət qədər problemi olmasına baxmayaraq, ədaləti satmadığını vurğulayıb.
"Söhbətə haqqını çatdırmalı olduğumuz insanlardan başlayaq. Öncə Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə təşəkkür edirəm. Onlar hər şeyin pulla olmadığını sübut etdilər. Məgər Azərbaycanın problemi yoxdur? Avropa İttifaqı ilə qarşıdurmaları olmur? Avropa ilə problemlərini həll edə bilməzdi? Qarabağ məsələsində sülh sazişi imzalanıbmı? Bir sıra nifaq toxumu əkilmirmi? Amma nə baş verdi? Aslan kimi sözünün arxasında durur. Əvvəlcə əməyi keçənin haqqını verək", - deyə siyasi ekspert bildirib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Nazirlikdən BAKU.WS-ə verilən m...
