İlham Əliyevdən 2 milyon manatlıq SƏRƏNCAM
26
iyl
2018
09:33
Prezident İlham Əliyev "Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Goranboyda xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər...