Kaleb Orr: "Azərbaycanla münasibətlər ABŞ üçün prioritetdir"
"ABŞ ilə Azərbaycan arasında münasibətlər Birləşmiş Ştatlar üçün prioritetlərdən biridir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
"ABŞ və Azərbaycan arasındakı münasibətlər Birləşmiş Ştatlar və Tramp administrasiyası üçün əsas prioritetlərdən biridir, çünki biz Cənubi Qafqaz regionunda yeni sülh dövrü açmağa çalışırıq", - o bildirib.
Orr səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova, eləcə də bütün Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.
"Münasibətlərimiz fəal şəkildə inkişaf edir və bu, yalnız başlanğıcdır. Səfərim zamanı Azərbaycana investisiya qoyan ABŞ şirkətlərinin nümayəndələri ilə ünsiyyətdə oldum və gələcəkdə ölkədə biznesin daha da genişləndirilməsi üçün mövcud imkanlar barədə eşitdim", - o qeyd edib.
Oxşar xəbərlər
Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqələrinin güclənməsindən məmnun deyil
Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Kapi...