İranlı general: "Gələcək münaqişədə yalnız raketlərlə kifayətlənməyəcəyik"
"İran hər hansı yeni münaqişədə yalnız raketlərlə kifayətlənməyəcək və lazım gəlsə, düşmənə digər silahlar və döyüş meydanlarında da cavab veriləcək".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Purdəstan televiziya müsahibəsində deyib.
O həmçinin vurğulayıb ki, əgər düşmən bir addım atmaq istəsə, cavab sarsıdıcı və təəssüf doğuran olacaq.
Purdəstan əlavə edib ki, 46 illik sanksiyalara baxmayaraq, İran silahlı qüvvələri hazırlıqlıdır və Qərb ölkələrinin təzyiqlərinə dayana bilir.
Oxşar xəbərlər
"Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib
"Haber Global" telekanalı hazırladığı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana zəng etməsindən bəhs edib. Oxu.Az xəbər verir...