Hulusi Akar: “Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək”

“Ermənistanın Azərbaycana son hücumları Yerevanın regionda sülh və sabitliyə bir daha ən böyük əngəl olduğunu göstərdi”.
BAKU.WS xəbər verir ki, bunu Türkiyə Müdafiə Naziri Hulusi Akar bu gün "Türk-İngilis Anlaşma Mərkəzi (CBTU)" tərəfindən internet üzərindən təşkil edilən "Türkiyədə Qlobal və Regional Təhlükəsizlik Mühitinin Dəyişməsi" adlı proqramda sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, bu hücumlar açıq şəkildə beynəlxalq hüquqa ziddir və Türkiyə bunu qətiyyətlə pisləyir: "Qarabağ və ətraf bölgələrin qanunsuz işğalı Azərbaycanda bir milyondan çox insanın daxili köçkünə çevrilməsinə səbəb oldu. Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanla həmrəy olaraq dost ölkəni dəstəkləməyə davam edəcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...