Fidan və Blinken bölgədə artan gərginliyi müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli “X” sosial şəbəkəsində məlumat verib.
“Qarşı tərəfin təşəbbüsü ilə keçirilən telefon görüşməsində İsrail ilə HƏMAS arasındakı danışıqlar prosesi, eləcə də regionda artan gərginlik müzakirə edilib. Nazir qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin qətlə yetirilməsi və fələstinlilərin öldürülməyə davam edilməsi İsrailin sülhün bərqərar olmasına səy göstərmədiyini bir daha nümayiş etdirir”, - paylaşımda deyilir.
Keçelinin sözlərinə görə, Fidan Blinkenlə söhbətində HƏMAS-ın bu məsələdə konstruktiv mövqe tutduğunu və tam atəşkəsə nail olmaq üçün İsrailə təzyiq etmək lazım olduğunu bildirib.
Türkiyə XİN başçısı onu da qeyd edib ki, regionda artan gərginlik narahatlıq doğurur və İsrail münaqişənin daha da genişlənməsinə səbəb olacaq təxribat xarakterli addımlardan çəkinməlidir.
Oxşar xəbərlər
Türkiyənin Tel-Əvivdəki səfirliyindəki bayraq yarıya endirildi, İsraillə diplomatik böhran başladı
Türkiyə HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə bir günlük matəm elan edib. İsrailin paytaxtı Tel-Əvivdəki səfirlikdə Türkiyə bayrağının yarıya endiri...