Fenomen olmaq istəyən 23 yaşlı bloqer 6-cı mərtəbədən yıxıldı - FOTO

28
avq
2019
17:57
Meksikada 23 yaşlı Aleksa Terrazas yoqa hərəkəti edən zaman 6-cı mərtəbədən yerə düşüb.BAKU.WS BakuPost xarici mediaya istinadən xəbər verir ki, o, eyvanının məhəccərində başı aşağı sallanaraq yoqa hərəkəti etmək istəyib.Məqsədi bu hərəkəti edərkən dostlarının onun şəklini çəkib sosial şəbəkədə paylaşması olub. Lakin işlər istədiyi kimi getməyib. Müvazinətini itirən Aleksa 24 metr məsafədən yerə çaxılıb. Bu zaman gənc qız ayaqlarından, döş qəfəsindən və başından ciddi zədə alıb. 11 saat əməliyyat keçirən qızın 3 il yeriyə bilməyəcəyi bildirilib.

Oxşar xəbərlər
Bakıda qəribə hadisə: Sürücü 40 dəqiqə tərslik edib hərəkəti iflic etdi - VİDEO
Paytaxtın "Şamaxinka dairəsi" adlanan ərazisində qəribə hadisə baş verib.BAKU.WS-in "qaynar xətti"nə verilən məlumata görə, marşrut avtobusu dayanacaq istiqamət...