Ermənistanda torpaqların qaytarılması ilə bağlı mitinq başladı
Yerevanda torpaqların Azərbaycana qaytarılmasına etiraz mitinqi keçirilir
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bu dəqiqələrdə Yerevanın Azadlıq meydanında çoxsaylı vətəndaşların iştirakı ilə müxalifətin mitinqi keçirilir.
Həbs edilib azadlığa buraxılandan sonra ilk dəfə ASALA-nın keçmiş üzvü, "Təsis parlamenti"nin üzvü Alek Yeniqomsyan tribunada görünüb.
Öz çıxışında o, insanları Ermənistanda torpaqların Azərbaycana qaytarılmaı barədə danışanlara qarşı mübarizə aparmağa səsləyib.
"Demişəm və deyəcəyəm: torpaqları təhvil verməyə cəhd edəni özümüz torpağa təhvil verəcəyik", - o deyib.
BAKU.WS
Oxşar xəbərlər
Erməni general Sərkisyanı hədələdi: “Tezliklə müharibə başlayacaq...”
Qarabağda daha bir keçmiş səhra komandiri Ermənistan hakimiyyətini işğal edilmiş ərazilərin qaytarılması cəhdinin hərbi qiyama səbəb olacağı ilə hədələyib. BAK...