Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki bəzi qurumların ştat vahidləri təsdiqlənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki bəzi qurumların ştat vahidləri təsdiqlənib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin aparatının işçilərinin say həddi 44 ştat vahidi, "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin Geologiya və Rəqəmsal Müşahidə Mərkəzinin işçilərinin say həddi 46 ştat vahidi, "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin regional ərazi şöbələrinin işçilərinin say həddi 30 ştat vahidi və "Geodeziya və Kartoqrafiya Agentliyi"nin işçilərinin say həddi 200 ştat vahidi olmaqla təsdiq edilib.
Oxşar xəbərlər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, biri...