"Danışaq?" verilişinin yeni bölümü: ABŞ niyə Rusiyaya Ukraynaya hücum etməyi təklif edib

Populyar "Danışaq?" podkastının yeni buraxılışında dinləyiciləri azərbaycanlı iqtisadçı Fərhad Pərvizi ilə görüş gözləyir.
BAKU.WS xəbər verir ki, podkastın müəllifi və aparıcısı Həmid Həmidov proqramın qonağı ilə qlobal iqtisadiyyatdakı vəziyyəti müzakirə etsə də, dünya siyasətinin aktual problemlərinə da toxunulub.
Ekspert hazırkı Ukrayna-Rusiya münasibətləri ilə bağlı fikirlərini bölüşüb, ABŞ-Çin münasibətlərinin gələcəyinə toxunub. Mövzular spektri çox zəngin olub: Qrenlandiya, Kanada, Panama və eyniadlı kanaldan tutmuş Orta Asiya dövlətləri, Gürcüstan, İran, Türkiyə və Səudiyyə Ərəbistanına qədər. Həmçinin Zəngəzur dəhlizi məsələsi də müzakirə olunub.
F.Pərvizi gənc nəsil, süni intellektin inkişafı və rəqabətlə bağlı fikirlərini bölüşüb. Dövrümüzün aktual problemləri haqqında danışan qonaq ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask haqqında da fikirlərini bölüşüb.
Müsahibənin tam versiyasını "Danışaq?" podkastının yeni buraxılışında dinləyə bilərsiniz.
Oxşar xəbərlər
Ərdoğan terrorçulara xəbərdarlıq edib
Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və...
