Çoxmənzilli binalarla bağlı Prezidentdən mühüm SƏRƏNCAM
12
mar
2019
19:18
Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur ki, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 449 min manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.****Prezident İlham Əliyev çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll eddəcək.Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən vacib SƏRƏNCAM - 40 milyon manat ayrıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə...