COP29-a gələn qonaqlardan koronavirus testi götürülməyəcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlardan koronavirus testi götürülməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib.
COVID-19 pandemiyasında əldə edilən təcrübələrdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycanda Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında tətbiq olunur: "2005-ci ildə qəbul edilən bu qaydalar COVID-19 pandemiyası zamanı sınaqdan keçirildi. Azərbaycan da bu qaydalar çərçivəsində tədbirlər gördü. Artıq gələcəkdə belə hallar yaşanarsa, atılacaq addımların müəyyənləşdirilməsi və təhlükəsizliyin təmini daha asan olacaq".
Qeyd edək ki, bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
İyunun 15-də ABŞ-nin Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycanın namizədi BMT...